Menyu

Tahir Gözel: “Qarabağ” adımızı və mənəviyyatımızı dünyaya tanıtmağa xidmət edir”

Əziz Əzizli
Tahir Gözel: “Qarabağ” adımızı və mənəviyyatımızı dünyaya tanıtmağa xidmət edir”

“Qarabağ”ın prezidenti Tahir Gözel  baş məşqçi Qurban Qurbanovu “Jean Borotra World Fair Play Career” mükafatını alması münasibətilə təbrik edib.

"Operativ Media" xəbər verir, ki, klubun prezidenti Qurban Qurbanovun layiq olduğu mükafatı qazandığını bildirib.

“Qurban Qurbanov layiq olduğu mükafatı qazandı. Artıq “Qarabağ”ın baş məşqçisinin ədalət prinsipləri bütün dünyaya bəlli oldu. Onun əxlaqi prinsiplərini, mənəvi gücünü hamı bildi”.

Klub prezidenti “Qarabağ” və təcrübəli mütəxəssisin mənəvi baxışlarının üst-üstə düşdüyünü qeyd edib: “Bu, eyni zamanda “Qarabağ” klubunun da uğuru, töhfəsi, ruhudur. Qurban Qurbanovun xarakteri, şəxsiyyəti həm “Qarabağ”ı əks etdirir, həm də “Qarabağ”dan güc alır. Ona görə ki, klubla baş məşqçinin fikirləri eynidir və mənəvi prinsiplərə söykənir. Bu, “Qarabağ” adımızı və mənəviyyatımızı bütün dünyaya tanıtmağa xidmət edir”

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər