Menyu

Azərbaycanın 8 cüdoçusu Böyük Dəbilqə turnirində mübarizəyə başlayır

Əziz Əzizli
Azərbaycanın 8 cüdoçusu Böyük Dəbilqə turnirində mübarizəyə başlayır

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabida keçirilən Böyük Dəbilqənin birinci günündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq.

"Operativ Media" xəbər verir ki, ilk olaraq 5 çəki dərəcəsində 8 idmançı mübarizəyə başlayacaq.

Kişilər arasında 60 kq-da Rövşən Əliyev, Əhməd Yusifov, 66 kq-da Kəramət Hüseynov və Ruslan Paşayev medal qazanmağa çalışacaqlar.

Qadınlarda isə 48 kq-da Leyla Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva və Aydan Vəliyeva, 57 kq-da isə Fidan Əlizadə güclərini sınayacaqlar.

Qadınlar

48 kq

Leyla Əliyeva - Mireya Lapuerta Komas (İspaniya)

52 kq

Gültac Məmmədəliyeva - Annika Vurfel (Almaniya)

Aydan Vəliyeva - Çarne Qrisel (Cənubi Afrika Respublikası)

57 kq

Fidan Əlizadə - Altantsetseq Batsux (Birləşmiş Ərəb Əmirlikləri)

Kişilər

60 kq

Rövşən Əliyev - Ayub Bliyev (Fərdi Neytral İdmançılar)

Əhməd Yusifov – Adel Hamada (Misir)

66 kq

Kəramət Hüseynov - Daiki Bouba (Fransa)

Ruslan Paşayev - Matteo Piras (İtaliya)

Azərbaycan yarışda 14 cüdoçu ilə təmsil olunur. Turnir oktyabrın 26-da başa çatacaq

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər