27 Oktyabr 2023, 15:47
"Yaxşı ki cəmi 5 qol oldu"
"Yaxşı ki cəmi 5 qol oldu" şəkil
"Yaxşı ki cəmi 5 qol oldu"

“Yaxşı ki, cəmi 5 qol oldu. Belə oyunu şərh etmək çətindir".

Futbolinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” komandasına qarşı keçirilən oyunu dəyərləndirərkən deyib.

Agent Azərbaycan çempionunun 1:5 hesablı məğlubiyyətinə baxmayaraq, Bakıda baş tutacaq cavab qarşılaşmasında yaxşı çıxış edəcəyinə inanır: "Bayer”lə “Qarabağ” arasında yerlə göy qədər fərq var”. Ümid edirəm ki, Bakıda daha layiqli mübarizə olacaq”.

A.Smirnovun fikrincə, buraxılan qollarda rusiyalı qapıçının səhvi olmayıb: “Andrey meydanda yaxşı idi, amma futbol komanda oyunudur. O, yalnız buraxılan beşinci qolda daha yaxşı oynaya bilərdi. Ancaq həmin epizodda da müdafiəçilərin harada olduğu bəlli deyildi. Belə matçlardan düzgün nəticə çıxaranlar irəliləyir və güclənirlər. Andreyə və komandasına sona qədər mübarizə apardığına görə təşəkkür edirəm. Bu o deməkdir ki, komandanın xarakteri var”.

Qeyd edək ki, “Qarabağ”la “Bayer” arasında cavab oyunu noyabrın 9-da Bakıda keçiriləcək

Son xəbərlər
BƏƏ Bakı-İrəvan sülh sazişi layihəsi üzrə danışıqların başa çatmasını alqışlayıb
Pezeşkian: Kimi günahlandıracağımı bilmirəm
"Qalatasaray" "Antalyaspor"u 4 qolla məğlub etdi
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Suriyanın yeni lideri Konstitusiya layihəsini imzalayıb
Stiven Dauti: Azərbaycan - Ermənistan sülh danışıqlarının başa çatması tarixi məqamdır
Zelenski: Putin atəşkəs istəmir
Azərbaycan güləşçisi Avropa çempionu oldu