
"Arsenal"ın keçmiş baş məşqçisi Arsen Venger Premyer Liqaya liderlik edən "Tottenhem"i çempionluğa namizədlərdən biri kimi gördüyünü söyləyib.
"Operativ Media" xəbər verir ki, London komandasının Harri Keyni "Bayern Münhen"ə satmasına baxmayaraq yaxşı futbol oynadığına diqqət çəkən fransız mütəxəssis Ange Postecoglounun komandasının sona qədər yarışda olacağını bildirib.
"İlk 10 həftənin sonunda “Tottenhem”in liqanın zirvəsində olacağını desəm, mənə inanardınızmı? Mən həmişə fikrimi söyləməyi xoşlayıram və inanıram ki, "Tottenhem" liqada iddialı komandalardan biri olacaq. Möhtəşəm oyunçu olan Maddisonu aldılar və bu oyunçunu hər gün inkişaf etdirirlər. Görkəmli oyunçu saydığım Van de Veni də transfer etdilər. Keçən il müdafiədə zəiflik var idi, amma bunu aradan qaldırdılar. "Arsenal, "Liverpul", "Tottenhem" və "Mançester Siti"nin möhtəşəm çempionluq yarışında olacağını deyə bilərəm."
“Tottenhem” hazırda 11 matçdan sonra 26 xalla “Arsenal”ı iki xal qabaqlamaqla liderdir. Bu mövsüm 22 qol vuran lider, son çempion "Mançester Siti" və "Nyukasl Yunayted"dən sonra liqada ən çox qol vuran komanda olmağı da bacarıb.