Menyu

İkardinin həyat yoldaşı xəstəliyini açıqlayıb

Əziz Əzizli
İkardinin həyat yoldaşı xəstəliyini açıqlayıb

"Qalatasaray"ın ulduz futbolçusu İkardinin həyat yoldaşı və meneceri Vanda Nara xəstəliyi ilə bağlı ilk dəfə danışıb.

"Operativ Media" xəbər verir ki, o, leykoz xəstəsi olduğunu açıqlayıb.

Əvvəlcə xəstəliyini qəbul edə bilmədiyini deyən Nara, "Mən leykoz xəstəsiyəm. Əvvəl "nəsə var" deyirdim, sonra xəstəlik adlandırmağı bacardım. İndi adını qoydum" deyə açıqlama verib.

Nara öz ölkəsində, Argentinada müalicə alır: Hər həftə Fundaleudan olan həkimim Dr. Migel Pavlovskiyə göndərilən testlərim var. Mən də xəstəliyin gedişindən asılı olaraq dəyişən müalicə alıram. Hər həftə nəticə əldə etməyə gedəndə nəfəsim kəsilir. Bu həssas məsələdir və mən onun özəl qalmasına üstünlük verərdim".

Qeyd edək ki, Vanda Nara və Mauro İkardi "Qalatasaray" azarkeşləri tərəfindən böyük dəstək görür.

Teqlər:

"\u0130kardinin h\u0259yat yolda\u015f\u0131 x\u0259st\u0259liyini a\u00e7\u0131qlay\u0131b"

Əlaqəli Xəbərlər