Menyu

Evan Ferqyuson Ueyn Runinin Premyer Liqa rekorduna şərik oldu

Əziz Əzizli
Evan Ferqyuson Ueyn Runinin Premyer Liqa rekorduna şərik oldu

Roberto De Zerbinin rəhbərliyi altında oyunu ilə diqqət çəkən "Brayton"un gənc hücumçusu Evan Ferqyuson Ueyn Runi ilə Premyer Liqada rekorda şərik olub.

"Operativ Media" xəbər verir ki, komandasının “Fulhem”lə 1:1 hesablı heç-heçə etdiyi oyunda vurduğu qolla 19 yaşlı oyunçu Ueyn Runidən sonra bir təqvim ilində 10 və ya daha çox qol vuran ən gənc oyunçu oldu.

Runi 2005-ci ildə gənc futbolçu kimi "Mançester Yunayted"in heyətində 11 qol vurub, Ferqyuson isə 2023-cü ildə indiyədək 10 qol vurub.

"Brayton" bir təqvim ilində 20 yaşdan aşağı oyunçularla ən çox töhfə verən komanda olmağı bacarsa da, gənc oyunçuların atdığı 23 qoldan 15-nin "Brayton" adına vurulması De Zerbinin komandasının gənc oyunçulara verdiyi fürsəti də ortaya qoydu.

Komandasının "Nyukasl"a 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik etməklə adından söz etdirən irlandiyalı mərkəz hücumçusu qarşıdakı illərdə dünya futbolunda iz qoyacaq adlardan biri kimi qiymətləndirilir. Ötən mövsümü 6 qolla başa vuran Ferqyuson son günlər göstərdiyi performansla İrlandiya Milli Komandasının əvəzedilməz üzvlərindən birinə çevrilməyi bacarıb.

Teqlər:

"Evan Ferqyuson Ueyn Runinin Premyer Liqa rekorduna \u015f\u0259rik oldu"

Əlaqəli Xəbərlər