Menyu

"Qarabağ"ın rəqibi rekorda imza atdı

Əziz Əzizli
"Qarabağ"ın rəqibi rekorda imza atdı
1 dəq oxu

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi "Bayer Leverkuzen" yeni rekorda imza atıb.

"Operativ Media" xəbər verir ki, Xabi Alonsonun rəhbərliyindəki komanda ardıcıl 8-ci qələbəsini qazanıb.

Bu, klubun 1979-cu ildə Bundesliqaya yüksəlməsindən sonra, əldə etdiyi ən uzun qələbə seriyasıdır.

Qeyd edək ki, "Qarabağ" noyabrın 9-da Bakıda "Bayer Leverkuzen" klubunu qonaq edəcək. Almaniyada baş tutan İlk matç Bundesliqa təmsilçisinin 5-1 hesablı qələbəsiylə başa çatmışdı.

Əlaqəli Xəbərlər