30 Oktyabr 2023, 16:01
Xanım futbolçunu öpən federasiya prezidenti cəzalandırıldı

İspaniya Kral Futbol Federasiyasının (RSFF) prezidenti Luis Rubiales üç il müddətinə milli və beynəlxalq səviyyədə futbolla bağlı bütün fəaliyyətlərdən uzaqlaşdırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə FİFA qərar qəbul edib.
Ali futbol qurumunun İntizam Komitəsi L.Rubialesin FİFA-nın qoyduğu qaydaları pozduğu üçün bu qənaətə gəlib.
Qeyd edək ki, İspaniya yığması DÇ-2023-ün finalında İngiltərəni 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub. Luis Rubiales mükafatlandırma mərasimində İspaniya millisinin üzvü Cennifer Ermosonu öpüb.