31 Oktyabr 2023, 10:38
Azərbaycan Premyer Liqasında cari mövsümün azarkeş rekordu qırıldı
Azərbaycan Premyer Liqasında cari mövsümün azarkeş rekordu qırıldı şəkil
Azərbaycan Premyer Liqasında cari mövsümün azarkeş rekordu qırıldı

Misli Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb. XI turun 5 oyununu ümumilikdə 13750 izləyici seyr edib. Orta göstərici 2750-yə bərabər olub.

"Operativ Media" xəbər verir ki, “Turan Tovuz” – “Kəpəz” oyununu (4:0) 5000, “Neftçi” – “Sabah” görüşünü (0:1) 4600, “Araz-Naxçıvan” – “Qarabağ” qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə ilə bitən “Zirə” – “Səbail” (2:2) və “Sumqayıt” – “Qəbələ” (0:0) matçlarında bu göstərici daha aşağı olub – müvafiq olaraq 800 və 1350.

Bu, cari mövsüm üçün yeni rekorddur. Buna qədər ən çox tamaşaçı VI turda qeydə alınıb – 10950.

XI turun göstəricisi həm də 2023-cü ilin rekordudur. Ötən mövsümün ikinci yarısında da belə rəqəmə təsadüf olunmayıb.

Qeyd edək ki, ötən mövsümdə yalnız bir dəfə - XIV turda daha çox tamaşaçı qeydə alınıb. Həmin vaxt 5 matçı 15500 izləyici seyr edib.

Son xəbərlər
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq
Azərbaycan - Belarus oyununun start heyəti açıqlandı
Kreml: Rusiya və ABŞ davamlı sülhə nail olmaq üçün fəaliyyəti davam etdirəcəklər
ABŞ İran kəşfiyyatçılarına sanksiya tətbiq etdi
Putin Trampa onun portretini hədiyyə edib