http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Premyer Liqa klubları cərimələndi

31 Oktyabr 2023 , 12:53
Premyer Liqa klubları cərimələndi

İntizam Komitəsinin iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda Premyer Liqanın 11-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Kəpəz” oyunu bitdikdən sonra “Kəpəz” klubunun analitiki İlkin Verdiyev hakimləri təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Kəpəz” klubu 4000 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 1000 manat cərimə edilib.

“Sumqayıt” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” klubu 800 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun 44 nömrəli futbolçusu Yuri Matias ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, “Neftçi” klubu 500 manat cərimə edilib.

“Neftçi” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilib

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 18:26

    Naxçıvan polisinə yeni xidməti avtomobillər verilib
  • 18:12

    Cəlilabadda qaz təchizatında fasilə olacaq
  • 18:07

    Moskvanın mərkəzində 19-cu əsrin sonlarına aid tikili yanıb
  • 17:57

    Eldar İbrahimov Milli Məclisin İntizam komissiyasının sədri seçilib
  • 17:36

    Milli Məclisin İntizam komissiyası formalaşdırılıb
  • 17:33

    Məhkəmə “Krono Az” şirkəti ilə bağlı qərarı elan edib
  • 17:29

    ADY: 1 ay əvvəlcədən bilet alanlara 15% endirim ediləcək
  • 17:24

    Azər Fərəcov: Bakı-Sumqayıt qatarları ilə gündəlik rekord sayda sərnişin daşınır
Menyu