
Avstraliya Futbol Federasiyası 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına namizədlik prosesindən geri çəkilib.
"Operativ Media" xəbər verir ki, federasiyadan verilən açıqlamada “FİFA Dünya Çempionatına ev sahibliyi etmək üçün lazımi araşdırmalar apardıqdan sonra bütün şərtləri nəzərə alaraq 2034-cü il dünya çempionatına müraciət etməmək qərarına gəldik” bəyanatına yer verilib.
Açıqlamada 2026-cı ildə Qadınlar arasında Asiya Kubokuna və 2029-cu ildə Klublararası Dünya Çempionatına ev sahibliyi etmək üçün səylərin davam etdirildiyi bildirilib.
Səudiyyə Ərəbistanı indiyə qədər 2034-cü il dünya çempionatı üçün rəsmi müraciət etmiş yeganə ölkədir.
Müraciətlər bu gün saat 18.00-da başa çatır. Bu vaxta qədər heç bir başqa ölkə təklif etməsə, Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına yeganə namizəd ölkə olacaq.