Menyu

Azərbaycan cüdoçuları Avropa Çempionatına yola düşüblər

Əziz Əzizli
Azərbaycan cüdoçuları Avropa Çempionatına yola düşüblər

Azərbaycanın qadınlardan və kişilərdən ibarət milli yığma komandalarının 3-5 noyabrda keçiriləcək böyüklər arasında Avropa çempionatına hazırlıqları başa çatıb.

"Operativ Media" xəbər verir ki, Fransanın Monpelye şəhərində keçiriləcək yarışda Azərbaycan qadınlar və kişilər arasında 9 çəki dərəsində 11 cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli və baş katib Rəşad Rəsullu milli yığmaların təlim-məşq toplanışlarına baş çəkərək, onların hazırlıqları ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər. 

Xatırladaq ki, kişilərdən və qadınlardan ibarət milli yığmanın cüdoçuları Avropa çempionatına hazırlıq məqsədilə İspaniya, Slovakiya, Özbəkistanda və dəfələrlə yerli təlim-məşq toplanışlarına qatılıblar.

Avropa çempionatında cüdoçulara Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli başda olmaqla böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Çempionata qatılacaq heyəti təqdim edirik:

Qadınlar 

-48 kq. 

Leyla Əliyeva 

-52 kq. 

Gültac Məmmədəliyeva

Kişilər 

-60 kq. 

Balabəy Ağayev 

Turan Bayramov 

-66 kq. 

Yaşar Nəcəfov 

-73 kq. 

Hidayət Heydərov 

Rəşid Məmmədəliyev 

-81 kq. 

Zelim Tçkayev 

-90 kq. 

Murad Fətiyev 

-100 kq. 

Zelim Kotsoyev 

+100 kq. 

Uşanqi Kokauri 

Teqlər:

"Az\u0259rbaycan c\u00fcdo\u00e7ular\u0131 Avropa \u00c7empionat\u0131na yola d\u00fc\u015f\u00fcbl\u0259r"

Əlaqəli Xəbərlər