Azərbaycan yığması Dünya Çempionatında 1/8 final mərhələsinə yüksəldi
Əziz Əzizli
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunmuş dünya çempionatında növbəti oyununu keçirib.
"Operativ Media" xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu yığmamız yer aldığı G qrupunun son matçında sonradan mundiala cəlb edilən Küveytlə üz-üzə gəlib.
İlk iki görüşdə İraq (2:0) və Misir (4:1) üzərində qələbə qazanaraq 1/8 finala vəsiqəni rəsmiləşdirən son Avropa çempionu budəfəki rəqibini 3:1 hesabı ilə məğlub edərək, növbəti raunda qrup birincisi kimi adlayıb. Komandamızın heyətində 15-ci dəqiqədə Cəfər Cəfərov, 38-ci dəqiqədə Mirmehdi Rzayev, 44-cü dəqiqədə isə Təmkin Xəlilzadə fərqləniblər.
Millimizin 1/8 finaldakı rəqibi H qrupunda ikinci yeri tutacaq komanda olacaq. Həmin görüş noyabrın 1-də reallaşacaq
Teqlər:
"Az\u0259rbaycan y\u0131\u011fmas\u0131 D\u00fcnya \u00c7empionat\u0131nda 1\/8 final m\u0259rh\u0259l\u0259sin\u0259 y\u00fcks\u0259ldi"