Vinisiusdan sonra "Real Madrid"də daha 4 müqavilə yenilənəcək
Əziz Əzizli
İspaniya La Liqa derbisində "Barselona"nı darmadağın edən və əzəli rəqibinə liqada ilk məğlubiyyətini verən "Real Madrid" bəzi futbolçuları ilə müqavilələri yeniləyir.
"Operativ Media" xəbər verir ki, ötən gün klubdan verilən açıqlamada Vinisius Juniorun müqaviləsinin 2027-ci ilə qədər uzadıldığı bildirilib.
Vinisiusdan sonra qısa müddət ərzində "Real Madrid"də daha 4 futbolçu ilə müqavilə yenilənə bilər.
AS qəzetindəki xəbərdə "Real Madrid"in Rodriqo, Eduardo Kamavinqa, Federiko Valverde və Eder Militao ilə 2028-ci ilə qədər qüvvədə olan yeni müqavilə imzalayacağı bildirilib.
La Liqada 28 xalla liderlik kürsüsündə olan "Real Madrid" həftəsonu "Rayo Valyekano"nu qəbul edəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net