"Bavariya"nın futbolçusu Asiya qitəsinin ən yaxşısı seçildi
Əziz Əzizli
Kim Min-Jae Asiya qitəsində 2022-ci ilin ən yaxşı beynəlxalq futbolçusu adına layiq görülüb.
"Operativ Media" xəbər verir ki, Asiya Futbol Konfederasiyası (AFC) tərəfindən edilən açıqlamada, "Kim Min-Jae 2022-ci il üçün Asiyanın beynəlxalq oyunçusu mükafatını qazanıb. Kim 2015, 2017 və 2019-cu illərdə həmyerlisi Son Heung-dan sonra nüfuzlu mükafatı alan ikinci cənubi koreyalı beynəlxalq oyunçu oldu" məlumatı bildirilib.
Kim Min-Jae 2023-cü ildə dünyanın ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatına namizədlər arasında yeganə asiyalı oyunçu olub.
Teqlər:
"\"Bavariya\"n\u0131n futbol\u00e7usu Asiya qit\u0259sinin \u0259n yax\u015f\u0131s\u0131 se\u00e7ildi"