Menyu

FİDE yeni reytinq cədvəlini açıqladı

Əziz Əzizli
FİDE yeni reytinq cədvəlini açıqladı

Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

"Operativ Media" xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov 2745 xalla 14-cü sırada qərarlaşıb. Şəhriyar Məmmədyarov isə bir pillə irəliləyib və 2734 xalla 16-cı sıranı tutub.

Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov 2679 xalla 53-cü olub. Abasov ötən ay sıralamada 58-ci idi.

Kişilərin cədvəlinə 2829 xalla norveçli Maqnus Karlsen başçılıq edir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu, Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cü sıradadır. Qadınların sıralamasında zirvədə çinli Hou İfana yer alıb (2632 xal).

Teqlər:

"F\u0130DE yeni reytinq c\u0259dv\u0259lini a\u00e7\u0131qlad\u0131"

Əlaqəli Xəbərlər