Menyu

DÇ: Azərbaycan millisi Portuqaliyaya qalib gəldi

Əziz Əzizli
DÇ: Azərbaycan millisi Portuqaliyaya qalib gəldi

Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında 1/8 final oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, Elşad Quliyevin baş məşqçilik etdiyi komanda Portuqaliya seçməsi ilə üz-üzə gəlib və 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Qeyd edək ki, son Avropa çempionu olan Azərbaycan yığması mundialın G qrupunda mübarizəni maksimum nəticə ilə başa vurub - 3 oyun, 9 xal. Milli qrupda həm Misirə, həm İraqa, həm də Küveytə qalib gəlib.

Azərbaycan - Portuqaliya 3:0 

Qollar: Mirmehdi Rzayev 30, Elvin Əlizadə 45, Rəvan Kərimov 50

Teqlər:

"D\u00c7: Az\u0259rbaycan millisi Portuqaliyaya qalib g\u0259ldi"

Əlaqəli Xəbərlər