Menyu

Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulur

Operativ Media
Rusiya neftinin qiymətinə məhdudiyyət qoyulur

 

Rusiya neftinin qiymət həddi bu gün müəyyən edilə bilər.

Aİ və G7 ölkələri sözügedən qiymət həddini dekabrdan etibarən tətbiq etməyə hazırdır.

 "Politico" yazır ki, Rusiya neftinin müəyyən edilmiş və ya daha ucuz qiymətə satılmadığı təqdirdə onu daşıyan tankerlərə gəmiçilik və sığorta şirkətlərinin xidmət göstərməsi dayandırılacaq.

"Bloomberg" mənbələrə və sənədə istinadən xəbər verir ki, Rusiyadan gələn neftin qiymət həddi 40-60 ABŞ dolları/barel diapazonundan bir qədər yüksək ola bilər.

Avropa İttifaqı tərəfindən bu həddin tətbiqi tarixinə 45 günlük keçid dövrünün əlavə edilməsi təklif edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər