Menyu

Veteran cüdoçular Dünya Çempionatında daha 4 medal qazandı

Əziz Əzizli
Veteran cüdoçular Dünya Çempionatında daha 4 medal qazandı

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən veteranlar arasında dünya çempionatının ikinci günündə cüdoçularımız 1 gümüş və 3 bürünc medal qazanıblar.

"Operativ Media" xəbər verir ki, ikinci yarış günündə M1 və M3 yaş kateqoriyaları üzrə 17 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

M1 yaş kateqoriyası üzrə +100 kq. çəkidə Qurban Məmmədli gümüş medal qazanıb. -81 kq. çəkidə Orxan Hacıağalı isə 5-ci yerlə kifayətlənib.

M3 yaş kateqoriyası üzrə -66 kq. çəkidə Elçin Mayılov, -81 kq. çəkidə Zülfüqar Hüseynov və -100 kq. çəkidə Nizami Məmmədov bürünc medal əldə ediblər. -66 kq. çəkidə Vüqar Cəfərov və -100 kq. çəkidə Valeri Fomin yarışı 7-ci yerdə tamamlayıblar

Teqlər:

"Veteran c\u00fcdo\u00e7ular D\u00fcnya \u00c7empionat\u0131nda daha 4 medal qazand\u0131"

Əlaqəli Xəbərlər