02 Noyabr 2023, 15:52
Azərbaycan Kubokunun püşkü atıldı
Azərbaycan Kubokunun püşkü atıldı şəkil
Azərbaycan Kubokunun püşkü atıldı

Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb.

"Operativ Media" xəbər verir ki, püşkatma mərasimində 32-ci dəfə təşkil olunacaq turnirə qatılacaq 34 komandanın nümayəndələri iştirak ediblər.

İlk olaraq, II Liqada yer alan 14 komanda I təsnifat mərhələsində bir-biriləri ilə qarşılaşacaq. Qaliblər II raunda adlayacaqlar. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Bunun ardından 1/8 final mərhələsi təşkil olunacaq. Premyer Liqanın digər klubları isə həmin raunddan yarışa qoşulacaqlar.

Mövsümə noyabrın 18-19-da keçiriləcək I təsnifat mərhələsinin oyunları ilə start veriləcək. II raund 28-30 noyabr tarixlərində baş tutacaq. 1/8 final matçları isə dekabrın 19-21-i aralığında olacaq.

I təsnifat mərhələsi

“Şəfa” – “Şəmkir”

“Göygöl” – “Dinamo”

“Sheky City” – “Kür-Araz”

“Füzuli” – “Lerik”

“Şahdağ Qusar” – “Qusar”

“Baku Sportinq” – “Kürmük Qax”

“Ağdaş” – “Cəbrayıl”

II təsnifat mərhələsi

1-ci cütün qalibi – “Səbail”

“Zaqatala” – “Şamaxı”

“Turan Tovuz” – 2-ci cütün qalibi

“Araz-Saatlı” – “İrəvan”

3-cü cütün qalibi – “Araz-Naxçıvan”

“İmişli” – “Mingəçevir”

4-cü cütün qalibi – “Sumqayıt”

“Karvan” – “Difai Ağsu”

5-ci cütün qalibi – “Qaradağ Lökbatan”

“Kəpəz” – 6-cı cütün qalibi

MOİK – 7-ci cütün qalibi

1/8 final

8-ci cütün qalibi – 9-cu cütün qalibi

“Zirə” – 10-cu cütün qalibi

11-ci cütün qalibi – 12-ci cütün qalibi

13-cü cütün qalibi – “Qəbələ”

14-cü cütün qalibi – 15-ci cütün qalibi

“Neftçi” – 16-cı cütün qalibi

17-ci cütün qalibi – “Sabah”

“Qarabağ” – 18-ci cütün qalibi

1/4 final

19-cu cütün qalibi – 20-ci cütün qalibi

21-ci cütün qalibi – 22-ci cütün qalibi

23-cü cütün qalibi – 24-cü cütün qalibi

25-ci cütün qalibi – 26-cı cütün qalibi

Yarımfinal

27-ci cütün qalibi – 28-ci cütün qalibi

29-cu cütün qalibi – 30-cu cütün qalibi

Final

31-ci cütün qalibi – 32-ci cütün qalibi

Son xəbərlər
DÇ-2026-ya daha bir komanda vəsiqə qazandı
Fransada iki təyyarə qəzaya uğrayıb
Paşinyan və ABŞ-nin dövlət katibi arasında telefon danışığı olub
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Rusiyadan Misirə uçan təyyarə təcili eniş edib
Xankəndidə iftar çadırları qurulub
Xırdalanda restoranda yanğın baş verib
25 Mart 2025, 20:58
Dəmiryol keçidində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq