03 Noyabr 2023, 13:30
"Göygöl"ün baş məşqçisi cəzalandı
"Göygöl"ün baş məşqçisi cəzalandı şəkil
"Göygöl"ün baş məşqçisi cəzalandı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclasda Azərbaycan II Liqasının 9-cu turunda keçirilən oyunlardakı qayda pozuntuları ilə bağlı qərarlar da verilib.

“Göygöl” – “Şəki Siti” oyununun 82-ci dəqiqəsində “Göygöl” klubunun baş məşqçisi Araz Mansurov köməkçi hakimə fiziki təzyiq göstərdikdən, ardınca təhqir etdikdən sonra meydançaya daxil olaraq matçın baş hakiminə fiziki təzyiq göstərdiyinə, onu təhqir etdiyinə görə 10 oyun cəzalanıb, “Göygöl” klubu 2000 manat cərimə edilib.

Matçın 83-cü dəqiqəsində şəxsiyyəti müəyyən olunmamış şəxslərin meydançaya daxil olaraq oyunun hakimlərinə fiziki təzyiq göstərməsi, ardınca baş hakim tərəfindən görüşün yarımçıq dayandırılmasına görə “Göygöl” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib, “Göygöl” klubu 500 manat cərimə edilib və “Göygöl” klubuna növbəti ev oyununu azarkeşsiz keçirmək sanksiyası tətbiq edilib. Bu sanksiya II Liqa oyununa aiddir

Son xəbərlər
Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə zərbə endiriblər
ABŞ-də güclü fırtına səbəbindən ölənlərin sayı 35-ə çatıb
Mədəniyyət Nazirliyi Xalq artistinin ölümü ilə bağlı nekroloq verib
Rusiyanın üç bölgəsi üzərində 15 PUA vurulub
Mayk Valtz: Qafqazda münaqişəyə son qoyulmalıdır
Hizbullah təşkilatı Amerikanın Yəmənə hücumunu pisləyib
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev vəfat edib
Paşinyan və Makron arasında telefon danışığı olub