http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

"Maynz" Ənvər Əl Qazinin müqaviləsinə xitam verdi

04 Noyabr 2023 , 10:30
"Maynz" Ənvər Əl Qazinin müqaviləsinə xitam verdi

İsrail-Fələstin münaqişəsi ilə bağlı paylaşımına görə Bundesliqa komandalarından biri olan “Maynts”la müqaviləsinə xitam verilən Ənvər Əl Qazi sosial media hesabından açıqlama yayıb. Paylaşımından peşman olmadığını bildirən hollandiyalı cinah oyunçusu “Maynts” rəhbərliyini qəzəbləndirəcəyi gözlənilən açıqlamalar verib.

"Operativ Media" xəbər verir ki, O, İnstaqram hesabında verdiyi açıqlamada, "Dolanışığımın itirilməsi Qəzzada günahsız və müdafiəsiz insanların üzərinə atılan cəhənnəmlə müqayisədə heç bir şey deyil" deyib. "Mainz" rəhbərliyi hadisə ilə bağlı qanuni araşdırma aparıldığını bildirib. 28 yaşlı oyunçu yayda "Ayaks", "Lill", "Aston Villa" və PSV-də çıxış etdikdən sonra "Mainz"a  keçib.

Bazar ertəsi verdiyi açıqlamada "Mainz" oyunçunun sonradan sildiyi bir yazıya görə təəssüfləndiyini və peşman olduğunu və hadisənin həll yolunda olduğunu söyləmişdi.

Buna baxmayaraq, çərşənbə günü yeni açıqlama verən Əl Qazi “Mən öz mövqeyimə görə peşman  deyiləm" deyib. Ulduz futbolçunun “Dediklərimdən uzaqlaşmıram, bu gün və hər zaman son nəfəsimə qədər insanlığın, məzlumun yanındayam” deməsindən sonra müqaviləsinə xitam verilib.

OXŞAR XƏBƏRLƏR
"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Barselona" Qavi ilə müqaviləni uzadacaq

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

"Mançester Siti"nin yarımmüdafiəçisi 6 aylıq sıradan çıxdı

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Tahir Gözəl: "Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

XƏBƏR LENTİ
  • 20:16

    Qazaxıstanın müdafiə naziri ölkəmizdə səfərdədir
  • 20:08

    “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib
  • 19:58

    IDF: İsrail Müdafiə Qüvvələri Beyruta məqsədli zərbə endirib
  • 19:54

    Muxtar Babayev ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edib
  • 19:43

    Pezeşkian: Ukraynadakı münaqişəni Aİ və ABŞ ilə müzakirə etməyə hazırıq
  • 19:40

    FHN-in Sumqayıt Regional Mərkəzində qərargah məşqi keçirilib
  • 19:35

    Mehriban Əliyeva və ailə üzvləri Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən məsciddə olublar
  • 19:17

    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
    Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edib
Menyu