Menyu

Avstriyalı futbolçu millidən getdi

Əziz Əzizli
Avstriyalı futbolçu millidən getdi

Almaniyanın “Maynts” klubunda çıxış edən Karim Onisivo Avstriya yığmasındakı karyerasını başa vurub.

"Operativ Media" xəbər verir ki, 31 yaşlı hücumçu bu barədə “İnstaqram” hesabında paylaşım edib.

Onisivo şəxsi səbəblərə görə bu addımı atdığını bildirib. O, bütün fikrini ailəsinə və klubuna yönəltmək istədiyini vurğulayıb.

2015-ci ildən milliyə dəvət alan Onisivo oktyabrın 16-da komandasının Bakıda yığmamıza 1:0 hesabı ilə qalib gəldiyi AŞ-2024-ün seçmə mərhələ oyununu zədə səbəbindən buraxıb. Avstriya məhz həmin qarşılaşmadan sonra final mərhələsinə vəsiqəni rəsmiləşdirib

Teqlər:

"Avstriyal\u0131 futbol\u00e7u millid\u0259n getdi"

Əlaqəli Xəbərlər