Menyu

Lionel Messinin “Qızıl top” səsverməsində kimə səs verdiyi məlum olub

Əziz Əzizli
Lionel Messinin “Qızıl top” səsverməsində kimə səs verdiyi məlum olub

Bu il Jude Bellinqem, Ballon d'Or mükafatlarında 21 yaşa qədər ən yaxşı oyunçuya verilən "Kopa Trophy"ə layiq görüldü. Lakin gecədə səkkizinci Qızıl topunu qazanan Lionel Messinin Bellinqhemə 3 xal vermədiyi üzə çıxıb. "Kopa Trophy" səsverməsində keçmiş Ballon d'Or qaliblərindən ibarət münsiflər heyəti birinci seçimə üç xal, ikinci seçimə iki xal və üçüncü seçimə bir xal verərək qalibi müəyyən edir.

"Operativ Media" xəbər verir ki, Lionel Messi Kopa Kuboku üçün "Bayern Münhen"in ulduzu Camal Musialanı birinci yerə layiq gördü və ona üç xal verdi. Argentinalının ikinci seçimi “Barselona”nın gənc istedadı Pedri olub. Lionel Messi Jude Bellinqemə 1 xal verərək onu üçüncü pillədə qərarlaşdırıb.

Kərim Benzemanın da ilk seçimi Bellinqem deyildi. "Real Madrid"in keçmiş ulduzu Bellinqemi Kamavinqa və Pedridən sonra üçüncü yerdə qərarlaşdırıb. Bununla belə, Bellinqem  Zinəddin Zidan, Ronaldinyo, Luka Modriç, Luiş Fiqu, Ronaldo Nazario və başqalarının ilk seçimi olub.

Teqlər:

"Lionel Messinin \u201cQ\u0131z\u0131l top\u201d s\u0259sverm\u0259sind\u0259 kim\u0259 s\u0259s verdiyi m\u0259lum olub"

Əlaqəli Xəbərlər