Menyu

"Turan Tovuz"un 2 legioneri milliyə çağrıldı

Əziz Əzizli
"Turan Tovuz"un 2 legioneri milliyə çağrıldı
1 dəq oxu

 "Turan Tovuz" klubunun 2 legioneri milli komandalarına dəvət alıb.

"Operativ Media" xəbər verir ki, Denis Marandiçi qarşıdakı 2 oyun üçün Moldova milli komandasına dəvət alıb. Moldova yığması AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində 17 noyabr tarixində evdə Albaniya, 3 gün sonra isə səfərdə Çexiya ilə qarşılaşacaq. 

 Digər müdafiəçi Emmanuel Hakman isə Toqo millisinə dəvət alıb. O, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində 16 noyabrda səfərdə Sudan, 21 noyabrda isə doğma meydanda Seneqalla oyunlarda Toqo millisinin sərəncamında olacaq.

Əlaqəli Xəbərlər