Menyu

Səudiyyə Ərəbistanı klubları "Mançester Yunayted"in kapitanını istəyir

Əziz Əzizli
Səudiyyə Ərəbistanı klubları "Mançester Yunayted"in kapitanını istəyir

Kriştiano Ronaldonun sensasiyalı transferindən sonra Səudiyyə Ərəbistanı Pro Liqası beynəlxalq futbolun ən böyük adlarını heyətinə qatmağı bacarıb.

Riyad Mahrez, Neymar və Kərim Benzema da daxil olmaqla bir çox futbolçu Avropadan Yaxın Şərqə transfer olunub. Bundan əlavə, Səudiyyə Ərəbistanının ən yaxşı klubları hələ də "Mançester Siti"dən Kevin De Brün və "Liverpul"dan Məhəmməd Salahı almağa ümid edərək mümkün olan ən yaxşı oyunçuları əldə etməyə çalışırlar.

"Operativ Media" İtaliyalı müxbir Rudi Qalettiyə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu “Mançester Yunayted”in kapitanının transferini nəzərdən keçirir.

Fernandes 2020-ci ilin yanvarında "qırmızı şeytanlar"la müqavilə imzalayıb. O, bu mövsüm ərəfəsində komandanın kapitanı kimi Harri Maquayrı əvəz edib. O, “qırmızı şeytanlar”ın heyətində 200 matçda meydana çıxıb və 67 qola imza atıb.

Teqlər:

"S\u0259udiyy\u0259 \u018fr\u0259bistan\u0131 klublar\u0131 \"Man\u00e7ester Yunayted\"in kapitan\u0131n\u0131 ist\u0259yir"

Əlaqəli Xəbərlər