Menyu

Marko Yankoviç milliyə çağrıldı

Əziz Əzizli
Marko Yankoviç milliyə çağrıldı

"Qarabağ”ın futbolçusu Marko Yankoviç yenidən Monteneqro millisinə çağırılıb.

"Operativ Media" saytı xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi 30 nəfərlik geniş heyətdə yer alıb.

Baş məşqçi Miodraq Raduloviç ilkin heyətdə yer alan oyunçular arasında seçim aparacaq. Yankoviçdən fərqli olaraq, zədədən yeni dönən müdafiəçi Marko Veşoviç bu dəfə yığmaya çağırılmayıb.

Qeyd edək ki, Monteneqro millisi AVRO-2024-ün seçmə mərhələsinin son iki oyununda Litva (16 noyabr) və Macarıstanla (19 noyabr) qarşılaşacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər