Menyu

"Qarabağ" - "Bayer" matçını idarə edəcək hakimlər bilindi

Əziz Əzizli
"Qarabağ" - "Bayer" matçını idarə edəcək hakimlər bilindi

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Bayer" (Leverkuzen) oyunu üçün hakim təyinatları açıqlanıb.

"Operativ Media" AFFA-nın saytına istinadən xəbər verir ki, matçı İngiltərə Futbol Federasiyasından Kreyq Pouson idarə edəcək. Ona həmyerliləri Simon Bennett və Lee Betts köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Con Brooks yerinə yetirəcək.

VAR hakimləri Carred Qillet və Mişel Salisburu olacaq.

Qeyd edək ki, noyabrın 9-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək sözügedən oyun saat 21:45-də başlayacaq. Bu komandalar arasında Almaniyadakı matçda Leverkuzen təmsilçisi 5:1 hesabı ilə qalib gəlib.

Teqlər:

"\"Qaraba\u011f\" - \"Bayer\" mat\u00e7\u0131n\u0131 idar\u0259 ed\u0259c\u0259k hakiml\u0259r bilindi"

Əlaqəli Xəbərlər