Azərbaycanlı futbolçunun komanda yoldaşı oyun zamanı öldü
Əziz Əzizli
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi "Eqnatiya" klubunun hücumçusu Rafael Dvamena oyun vaxtı vəfat edib.
"Operativ Media" xəbər verir ki, qanalı forvard Albaniya Superliqasının XIII turunda bu gün "Partizani"yə qarşı keçirilən matçın 24-cü dəqiqəsində huşunu itirərək yerə yıxılıb.
28 yaşlı oyunçu təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Futbolçunun ürəktutmadan öldüyü bildirilib.
Rafael Dvamenanın ürəyinə 2020-ci ildə kardioverter-defibrillyator cihazı quraşdırılıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net