Türkiyəli futbolçu İtaliya A Seriyasının tarixinə düşdü
Əziz Əzizli
A Seriyasının 12-ci həftəsində “İnter” öz meydanında “Frozinone”yə 2:0 hesabı ilə qalib gəlib.
"Operativ Media" xəbər verir ki, “göy-qaralar”ın qollarını 43-cü dəqiqədə Dimarko, 48-ci dəqiqədə isə Hakan Çalhanoğlu penaltidən vurub. “İnter” 31 xalla liderliyini qoruyub.
"İnter"in ikinci qolunu vuran Hakan Çalhanoğlu A Seriyasının tarixinə düşüb.
29 yaşlı futbolçu A Seriyasında 37 qol vuraraq İtaliya Liqasında ən çox qol vuran türkiyəli futbolçu olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net