Menyu

"Sumqayıt" rekord göstəriciyə imza atıb

Əziz Əzizli
"Sumqayıt" rekord göstəriciyə imza atıb

Azərbaycan Premyer Liqasının XIII turunda “Neftçi” ilə görüşən “Sumqayıt” 2:1 hesablı səfər qələbəsi qazanıb. Bununla da Samir Abasovun yetirmələri xallarının sayını 21-ə çatdırıb.

"Operativ Media" xəbər verir ki, bu, “Gənclik şəhəri” təmsilçisinin qış fasiləsinə qədər olan dövr üçün mütləq rekordudur. Sumqayıtın eyniadlı klubu heç vaxt fasiləyədək bu qədər xal toplamayıb.

Premyer Liqada 2011/12 mövsümündə debüt edən “Sumqayıt” qışadək 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Bunadək rekord 20 xala bərabər idi. Komandanın aktivində 2012/13 mövsümündə 18, 2017/18 mövsümündə isə 14 matçdan sonra 20 xal olub.

Qeyd edək ki, qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdir

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər