Turan Manafov: "Milliyə daimi çağrılmaq üçün əlimdən gələni edəcəm"
Əziz Əzizli
"Milliyə daimi çağrılmaq və oynamaq üçün əlimdən gələni edəcəm".
Bunları "Operativ Media"ya açıqlamasında milli komandaya dəvət edilən "Araz-Naxçıvan " klubunun müdafiəçisi Turan Manafov deyib.
"Milli komandaya çağrılmaq mənə də qismət oldu. Hər futbolçu öz ölkəsinin milli komandasına dəvət almaq və oynamaq istəyir. Mənim də əsas istəklərimdən biri bu idi. Milliyə dəvət almaq mənə xoş oldu. Milliyə daimi çağrılmaq və oynamaq üçün əlimdən gələni edəcəm".
Qeyd edək ki, Azərbaycan millisi noyabrın 16-da İsveç milliisi ilə qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net