Müqavilədə Xabi Alonso üçün "Real Madrid" bəndi var
Əziz Əzizli
"Bayer Leverkuzen" bu mövsüm Almaniya Bundesliqasında uğurlu çıxışı ilə seçilir.
"Operativ Media" xəbər verir ki Xabi Alonsonun rəhbərliyi altında mövsümün iki məğlubiyyətsiz komandasından biri olan "Bayer" 31 xalla liderlik kürsüsündə qərarlaşıb.
Liqada 11 matçda 10 qələbə qazanan “Bayer Leverkuzen” yeganə xalını səfərdə “Bavariya” ilə oyunda itirib.
"Leverkuzen" Avropa Liqasında itkisiz yoluna davam edir və 4 oyundan sonra 12 xal toplayıb.
Məşqçilik karyerasına "Real Madrid"in aşağı yaş qruplarında başlayan Xabi Alonso yenidən İspaniya komandasına qayıda bilər.
Carlo Ançelotti mövsümün sonunda Braziliya millisinin başına keçəcəyi üçün "Real Madrid"də məşqçi axtarışları davam edir və ilk namizəd Xabi Alonsodur.
Almaniya mətbuatında çıxan xəbərdə "Bayer Leverkuzen"in Xabi Alonsonun müqaviləsinə 13-15 milyon avroluq sərbəst qalma maddəsi əlavə etdiyi bildirilib.
Bu maddənin "Liverpul", "Bavariya" və "Real Madrid" üçün keçərli olacağı bildirilib.
Qeyd olunub ki, hazırda "Liverpul" və "Bavariya" baş məşqçi axtarışında olmadığından Alonso "Real Madrid"in favoritidir.
Teqlər:
"M\u00fcqavil\u0259d\u0259 Xabi Alonso \u00fc\u00e7\u00fcn \"Real Madrid\" b\u0259ndi var"