
İtaliya A Seriyasının komandalarından olan "Napoli"nin ulduzu Viktor Osimhen keçmiş futbolçu Con Obi Mikelin hazırladığı "Obi One" adlı podkastda açıqlama verib.
"Operativ Media" xəbər verir ki, Osimhen yay transfer dövründə Səudiyyə Ərəbistanından təklif aldığını, lakin "Napoli"də qalmağa qərar verdiyini bildirib.
Hücumçu açıqlamasında "Səudiyyə Ərəbistanının bir klubundan böyük və cəlbedici təklif gəldi. Bu, böyük təklif idi. Bu, həyatımı dəyişə bilərdi. Klubla görüşüm oldu. Məşqçi ilə danışdım və o, mənə planlarından danışdı .Yay transfer dövrünün sonuna qədər əl çəkmədilər. Hər dəfə yox dedikcə daha yüksək transfer məbləği təklif etdilər. Klubla danışdım və hələlik qalmaq qərarına gəldim" deyə bildirib.
Viktor Osimhen ötən il İtaliya A Seriyasının çempionluğunu qazanan "Napoli"nin heyətində mövsümü 31 qolla başa vurub.
2020-ci ildə "Lill"dən "Napoli"yə keçən Osimhenin İtaliya komandası ilə 2025-ci ilə qədər müqaviləsi var.