"Qalatasaray"ın ulduz futbolçusu yayda komandanı tərk edəcək
Əziz Əzizli
İngiltərə mətbuatı son vaxtlar tənqidlərin mərkəzində olan Kerem Aktürkoğlu ilə bağlı təəccüb doğuran iddia ilə çıxış edib.
“Qalatasaray”ın ulduz futbolçusu Kerem Aktürkoğlu son zamanlar tənqid edilsə də, potensialı hələ də kifayət qədər yüksəkdir.
Ötən mövsüm Superliqa çempionluğuna ciddi töhfə verən 25 yaşlı futbolçu üçün yeni iddia ortaya atılıb.
"Operativ Media" "SkySports"a istinadən xəbər verir ki, Aktürkoğlu yayda "Qalatasaray"dan ayrılmaq fikrinə müsbət yanaşır.
Almaniya, İngiltərə və İspaniyanın bəzi klublarının milli futbolçuya heyran olduqları bildirilir. Sözügedən klubların yayda “Qalatasaray”ın qapısını döyə biləcəyi də məlumatlar arasındadır.
Digər tərəfdən, xəbərlərdə Aktürkoğlunun 15-20 milyon avroluq transfer haqqı ilə "Qalatasaray"dan ayrıla biləcəyi bildirilir.
Son zamanlar tez-tez tənqidlərə məruz qalan cinah oyunçusu bu mövsümə qədər "Qalatasaray" forması ilə bütün yarışlarda ümumilikdə 22 matça çıxıb.
Aktürkoğlu bu 22 matçda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.
Teqlər:
"\"Qalatasaray\"\u0131n ulduz futbol\u00e7usu yayda komandan\u0131 t\u0259rk ed\u0259c\u0259k"