Menyu

Premyer Liqa klubları braziliyalı futbolçunu istəyir

Əziz Əzizli
Premyer Liqa klubları braziliyalı futbolçunu istəyir
1 dəq oxu

"Barselona"nın futbolçusu Rafinya yayda klubu tərk edə bilər.

"Operativ Media" xəbər verir ki, İngiltərə klubları braziliyalı vingerlə maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Premyer Liqa təmsilçiləri "Çelsi" və "Nyukasl" Rafinyanı transfer etmək istəyir. Klublar futbolçunun durumunu izləyəcək və mövsümün sonunda yekun qərar veriləcək.

26 yaşlı futbolçu bu mövsüm La Liqada 9 oyunda 2 qol vurub

Əlaqəli Xəbərlər