Menyu

"Çelsi" Abramoviçə görə cəzalana bilər

Əziz Əzizli
"Çelsi" Abramoviçə görə cəzalana bilər

Liqaya pis başlayan "Çelsi" Roman Abramoviç dövrü ilə bağlı araşdırma ilə üzləşib.

Bu mövsüm Premyer Liqada gözlənilən performansı əldə edə bilməyən və zirvə uğrunda mübarizədən uzaq düşən "Çelsi"nin keçmiş sahibi Roman Abramoviçin hakimiyyəti dövründə etdiyi bəzi ödənişlərdə Maliyyə Fair Play qaydalarını pozduğuna görə Premyer Liqa rəhbərliyi tərəfindən cəzalandırılmaq təhlükəsi var.

"Operativ Media" İngiltərə mətbuatına istinadən xəbər verir ki, cəzaların xalların çıxılmasına qədər  gedə biləcəyi gözlənilir.

“Guardian” qəzetinin son araşdırması Abramoviçin ofşar şirkətləri vasitəsi ilə on il ərzində “on milyonlarla funt sterlinq” dəyərində bir sıra ödənişləri üzə çıxarıb. Xəbərə görə, sözügedən ödənişlərdən yararlananlar arasında Eden Hazardın meneceri ilə yanaşı, 2017-ci ilin Premyer Liqa çempionu Antonio Kontenin ortağı da var.

İddialara görə, Villian və Samuel Eto'o-nun transfer sövdələşmələrinin də sözügedən hesablarla əlaqəli olduğu görünür.

Abramoviçin fəaliyyəti ilə bağlı "natamam maliyyə məlumatları" aşkar edildikdən sonra fayllar "Çelsi"nin yeni sahibləri tərəfindən könüllü olaraq təhvil verilib və bu, UEFA tərəfindən 11 milyon dollar cərimələnməsi ilə nəticələnib. “Guardian”da yer alan xəbərə görə, “Çelsi”nin bu prosesdə FFP qaydalarını pozduğu müəyyən olunarsa, Premyer Liqa rəhbərliyi London komandasına cəza tətbiq edə bilər.

Teqlər:

"\"\u00c7elsi\" Abramovi\u00e7\u0259 g\u00f6r\u0259 c\u0259zalana bil\u0259r"

Əlaqəli Xəbərlər