Menyu

İsveçin baş məşqçisi: "Sabah bizi çətin oyun gözləyir"

Əziz Əzizli
İsveçin baş məşqçisi: "Sabah bizi çətin oyun gözləyir"

İsveç millisinin baş məşqçisi Yanne Andersson sabah Avro-2024-ün seçmə mərhələsində sabah Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

"Operativ Media" xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib...

- Qrupdan çıxmaq şansınız qalmayıb. Belə vəziyyətdə oyuna hazırlaşmaq çətin olmur?

- Təəssüf ki, qrupdan çıxmaq şansımız yoxdur. Amma yenə də matçlara eyni mentalitetlə yanaşırıq. Yaxşı çıxış etmək və qələbə qazanmaq istəyirik. Yanaşmamız da heç bir dəyişiklik yoxdur. Sabah rəqibə çətin anlar yaşatmaq istəyirik.

- İlk oyunda böyükhesablı qələbə qazandınız. Azərbaycan millisi sabah bunun vəvəzini çıxmağa çalışacaq. Bu, sizi narahat etmir? Sabah bunun əvəzini çıxmağa çalışacaq. Bu, sizə necə təsir edəcək?

- Martda Azərbaycan millisinə qarşı oynadıq. Birinci hissədə demək olar ki, bərabər oyun gedirdi. Rəqibin müdafiə xəttini ikinci hissədə yara bildik. Sabah da bizi çətin oyun gözləyir.

- "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Hekken"lə rəqibdir. Bu komandalardan hansının qrupdan çıxmaq şansı daha yüksəkdir?

- Çox məlumatlı deyiləm. Çünki, mən milli komandada çalışıram. Amma bilirəm ki, "Qarabağ" çox yaxşı komandadır. Ümid edirəm ki, bizim təmsilçimizin də çıxışı uğurlu olacaq.

- "Neftçi"nin idman direktoru isveçlidir. Onunla millimiz haqda söhbət etmisiz?

- Onunla söhbətim olub. Amma bu oyunla bağlı yox. Qısa müddətdir ki, Azərbaycanda çalışır.

- 2018-ci il dünya çempionatından sonra komanda yaxşı performans göstərə bilmir. Bunun səbəbi nədir?

- Bunu bir çox faktorlarla əlaqələndirə bilərəm. Hazırda qrupumuzda iki yaxşı komanda var.

Teqlər:

"\u0130sve\u00e7in ba\u015f m\u0259\u015fq\u00e7isi: \"Sabah bizi \u00e7\u0259tin oyun g\u00f6zl\u0259yir\""

Əlaqəli Xəbərlər