Menyu

Mario Balotelli zədələndi

Əziz Əzizli
Mario Balotelli zədələndi

"Adana Dəmirspor" yeni mövsüm öncəsi italyan futbolçu Mario Balotelli ilə 1+1 illik müqavilə imzalamışdı.

"Operativ Media" xəbər verir ki, bu mövsüm "Adana Dəmirspor"la 5 matça çıxan Mario Balotelli 3 qola imza atıb. İtaliyalı ulduz son "Fənərbağça" matçında ehtiyat oyunçular skamyasında yer almışdı.

Digər tərəfdən, "Adana Dəmirspor"un prezidenti Murat Sancak sosial şəbəkədə bir azarkeşin Mario Balotelli ilə bağlı paylaşımına cavab verib.

Mario Balotellinin ilk 11-də olması lazım olduğunu deyən azarkeşlərə cavab verən Murat Sancak təcrübəli hücumçunun zədəli olduğunu bildirib.

Prezident Sancak Mario Balotellinin zədəli olduğunu və ehtiyac olarsa oynasın deyə heyətə daxil edildiyini bildirib.

Digər tərəfdən prezident hazırda İtaliyada olan Balotellinin əməliyyat olunacağını və 2-3 ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Teqlər:

"Mario Balotelli z\u0259d\u0259l\u0259ndi"

Əlaqəli Xəbərlər