http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Səlahət Ağayev: "İsveçlə oyunda qələbə qazanmaq istəyirik”

16 Noyabr 2023 , 19:07
Səlahət Ağayev: "İsveçlə oyunda qələbə qazanmaq istəyirik”

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayev İsveçə qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunu ilə bağlı AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

"Operativ Media" xəbər verir ki, 32 yaşlı qolkiper sonuncu ev matçına çıxacaqlarını xatırladıb:

“Estoniya üzərində səfərdə əldə etdiyimiz qələbə komandada özünəinamı artırmışdı. Məhz bu istək, həvəs və özünəinam ilə Avstriya qarşısına çıxdıq. Yaxşı mübarizə aparıb, təhlükəli vəziyyətlər yaratsaq da, təəssüf ki, penaltidən buraxdığımız qolla məğlub olduq. Qarşıda bizi qrupun son iki oyunu gözləyir. Əlbəttə, istənilən rəqibə qarşı oynamaq, mübarizə aparmaq çətindir. Çalışacağıq ki, İsveçlə oyunda azarkeşlərimizi sevindirək. Bu, evdə keçirəcəyimiz son oyun olacaq. Meydandan qələbə ilə ayrılmaq istəyirik”.

Ağayev seçmə mərhələdə sonuncu matçla bağlı fikirlərini də bölüşüb: “Avropa çempionatının finalına vəsiqəni təmin edən, qrupun lideri Belçika yığması ilə qarşılaşacağıq. Uğurlu nəticə qazanmaq üçün son dəqiqəyə qədər mübarizə aparmalıyıq, meydanın hər bir qarışı uğrunda “döyüşməliyik”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan – İsveç görüşü saat 21:00-da start götürəcək

OXŞAR XƏBƏRLƏR
"Bayern" Noyerlə müqaviləni yenilədi

"Bayern" Noyerlə müqaviləni yenilədi

Azərbaycan millisi Mərakeşə məğlub oldu

Azərbaycan millisi Mərakeşə məğlub oldu

Sərhədçi İdman Mərkəzinin rəisi: "Yarışın təşkili üçün dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb"

Sərhədçi İdman Mərkəzinin rəisi: "Yarışın təşkili üçün dövlətimiz tərəfindən bütün işlər yüksək səviyyədə görülüb"

XƏBƏR LENTİ
  • Dünən
    23:33

    Papanın Dubay səfəri təxirə salınıb
  • Dünən
    23:08

    Kiyev vilayətində hava hücumu xəbərdarlığı elan edilib
  • Dünən
    22:57

    Netanyahu: İsrailin məqsədi Qəzzanın demilitarizasiyası və deradikalizasiyasıdır
  • Dünən
    22:43

    BMT: Fələstinin tam üzvlüklə bağlı qərar üzv dövlətlərin üzərinə düşür
  • Dünən
    22:28

    Qazaxıstanda sovetyönlü "Xalq şurası"nın üzvləri separatizmdə təqsirli bilinib
  • Dünən
    22:20

    "Bayern" Noyerlə müqaviləni yenilədi
  • Dünən
    22:13

    KİV: Qəzzada beşinci qrup girovların BQXK nümayəndələrinə təhvil verilməsinə başlanılıb
  • Dünən
    22:05

    Azərbaycan millisi Mərakeşə məğlub oldu
Menyu