Daha iki ölkə Avropa çempionatına vəsiqə qazandı
Əziz Əzizli
AÇ-2024-ün seçmə mərhələsində 9-cu tura start verilib.
"Operativ Media" xəbər verir ki, bu gün 9 qarşılaşma baş tutub.
F qrupunda Azərbaycan millisi doğma meydanda İsveçə böyük hesabla qalib gəlib. Qrupun digər oyununda Estoniyanın qonağı olan Avstriya yığması inamlı qələbə sayəsində liderliyi ələ keçirib.
G qrupunda Bolqarıstanla məhsuldar heç-heçə edən Macarıstan millisi AÇ-nin final mərhələsinə vəsiqəni təmin edib. J qrupunda da Slovakiya yığması İslandiya ilə ev oyunundan qalib ayrılmaqla Avropa çempionatında iştirak hüququ əldə edib
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net