Mahir Emreli: "Belçika ilə oyundan sonra da belə ab-hava ilə geri qayıdarıq"
Əziz Əzizli
“Bu, bizim üçün çox önəmli qələbədir”.
"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib. O, Bakıda İsveç millisinə 3:0 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra jurnalistlərə açıqlama verib.
26 yaşlı hücumçu hər bir oyunçunun bu matçda qələbə haqqında fikirləşdiyini bildirib: “Baş məşqçimiz də komandaya inanırdı. Düşünürəm ki, son qarşılaşmaların hər birində üstün mübarizə göstərmişik. Ən azından çalışmalıyıq ki, bunu qoruyub saxlayaq. Belə olduğu təqdirdə komandamız üçün hər şey yaxşı olacaq. Yalnız meydanda deyil, meydandan kənarda da qələbə hissini yaşamalıyıq ki, bunun qədrini bilək. Ümid edirik ki, Belçika ilə oyundan sonra da belə ab-hava ilə geri qayıdarıq”
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net