Menyu

"Real Madrid"in sabiq futbolçusu karyerasını bitirdi

Əziz Əzizli
"Real Madrid"in sabiq futbolçusu karyerasını bitirdi

İspaniya nəhəngi “Real Madrid”də də çıxış edən hollandiyalı sol cinah oyunçusu Royston Drente futbolçu karyerasını başa vurub.

"Operativ Media" xəbər verir ki, sonuncu dəfə Hollandiyanın 3-cü liqa komandası "Kozakken Boys"da çıxış edən 36 yaşlı futbolçu klubda başqa vəzifələrdə özünü sınamağa açıq olduğunu bildirib və futbolu tərk etmək qərarını açıqlayıb.

Hollandiya komandası tərəfindən edilən açıqlamada "Drentenin fərqli bir vəzifəyə təyin edilməsi ilə bağlı detalların daha sonra açıqlanacağı ifadə edilərək, "Roystona meydanda göstərdiyi səylərə görə təşəkkür edirik və meydandan kənarda gələcək əməkdaşlığı gözləyirik" deyə bilidirilib.

Futbola "Feyenoord" akademiyasında başlayan Royston Drente 2007-ci ildə 14 milyon avroya "Real Madrid"ə transfer olmuşdu. Orada 3 il oynadıqdan sonra isə "Herkules" və "Everton"a icarəyə verilmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər