http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycanın iki boksçusu finala yüksəlib - Avropa çempionatı

18 Noyabr 2023 , 11:16
Azərbaycanın iki boksçusu finala yüksəlib - Avropa çempionatı

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçirilən Avropa çempionatında finalçılar bəlli olub.

Azərbaycan Boks Federasiyasından "Operativ Media"ya verilən məlumata görə, yarımfinal döyüşlərinin nəticəsinə əsasən Azərbaycan millisinin 2 idmançısı həlledici görüşə vəsiqə əldə edib.

Nicat Hüseynov (51 kiloqram) yarımfinalda türkiyəli Semih Gümüşlə münasibətinə aydınlıq gətirib. Görüş Avropa çempionumuzun 5:0 (28:26, 29:25, 29:25, 28:26, 29:25) hesablı qələbəsi ilə yekunlaşıb. O, bununla ardıcıl olaraq ikinci dəfə qitə birinciliyində finala yüksəlib.

N. Hüseynovun uğurunu 57 kiloqram çəkidə Əzrək Bəbirov da təkrarlayıb. Boksçu finala gedən yolda Rafiq Əmirxanovla (Rusiya) üz-üzə gəlib və rəqibini məğlub edib – 3:2 (29:28, 28:29, 28:29, 29:28, 29:28).

Millinin 3 boksçusu isə bürünc medalını rəsmiləşdirib. Tural Sarıyev (48 kiloqram), Murad Allahverdiyev (80 kiloqram) və Marjona Savriyeva (50 kiloqram) Avropa çempionatını 3-cü pillədə başa vurublar.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

OXŞAR XƏBƏRLƏR
"Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu

"Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu

Azərbaycan PL: "Neftçi" qələbəyə sevindi

Azərbaycan PL: "Neftçi" qələbəyə sevindi

"Sabah" 3 xalı 2 qolla qazanır

"Sabah" 3 xalı 2 qolla qazanır

XƏBƏR LENTİ
  • 00:18

    "Azərbaycanın ən parlaq ulduzu" mükafatının qalibləri bəlli olub
  • Dünən
    23:55

    Rusiyada hərbi xidmət müddəti iki ilə qədər uzadıla bilər
  • Dünən
    23:36

    Filippin sahillərində güclü zəlzələ baş verib
  • Dünən
    23:33

    "Beşiktaş" klubunun yeni prezidenti bəlli oldu
  • Dünən
    23:23

    HƏMAS İsrail əsgərlərinin olduğu tuneli partladıb
  • Dünən
    23:12

    İsrail Qırmızı dənizə döyüş gəmiləri və sualtı qayıq göndərib
  • Dünən
    23:02

    Tanzaniyada daşqınlar 20 nəfərin həyatına son qoydu
  • Dünən
    22:51

    Qaxda qızılcaya ilk yoluxma qeydə alındı
Menyu