http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Adrian Mutu: “Ümid edirəm ki, Emin Mahmudov “Neftçi” üçün də qol vuracaq”

18 Noyabr 2023 , 16:17
Adrian Mutu: “Ümid edirəm ki, Emin Mahmudov “Neftçi” üçün də qol vuracaq”

"Neftçi”nin baş məşqçisi Adrian Mutu bu gün Rusiya “Zenit”inə qarşı keçirəcəkləri yoxlama oyunu haqqında danışıb.

"Operativ Media" xəbər verir ki, mütəxəssis “Neftçi TV”yə açıqlamasında yoxlama görüşü keçirməklərində əsas məqsədlərinin Premyer Liqanın növbəti turunun “Araz-Naxçıvan”la matçına hazırlaşmaq olduğunu bildirib: “Hazırlıqlar yaxşı keçdi, bizi “Zenit”lə çətin oyun gözləyir. Çalışacağıq ki, az oynayan futbolçulara daha çox şans verək. Bu görüşün əsas məqsədi Premyer Liqanın növbəti turunda “Araz-Naxçıvan”la oyuna yaxşı hazırlaşmaqdır. Milli komandalarda bəzi futbolçular zədəlidir. Bizim üçün çətin vəziyyətdir. Amma biz bunun öhdəsindən gəlməyə çalışacağıq və zədəlilərin sağalmasını gözləyəcəyik. “Araz-Naxçıvan”la oyuna tam heyətlə yanaşmaq istəyərdim”.

O, Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində İsveçə böyük hesabla qalib gəlməsinə (3:0) və futbolçusu Emin Mahmudovun bu oyunda dubl etməsinə də toxunub: “Azərbaycan millisinin İsveçlə oyununa baxdım, çünki orada futbolçularım oynayır. Emin, Höcət və Eddini izlədim. Ümumiyyətlə, hər şey yaxşı idi. Emin Mahmudovun qollarına görə sevindim. Ümid edirəm ki, o, “Neftçi” üçün də qol vurmağa başlayacaq”.

Qeyd edək ki, “Neftçi” – “Zenit” görüşü bu gün saat 21:00-da başlayacaq

OXŞAR XƏBƏRLƏR
Daha 7 güləşçimiz mübarizəyə başlayır

Daha 7 güləşçimiz mübarizəyə başlayır

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Avropa Liqası: "Qarabağ" "Molde" səfərində - YENİLƏNİR

Avropa Liqası: "Qarabağ" "Molde" səfərində - YENİLƏNİR

XƏBƏR LENTİ
  • 11:35

    Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • 11:26

    Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • 11:26

    DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
  • 10:57

    Kafedə qumar oyunları təşkil edən şəxs saxlanılıb
  • 10:51

    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
    Bakıda 4 yeniyetmə bıçaqlanıb, saxlanılanlar var
  • 10:46

    Sabah güclü maqnit qasırğası olacaq
Menyu