Azərbaycan Kuboku: "Göygöl", "Şahdağ Qusar" və "Lerik" növbəti mərhələdə
Bu gün Azərbaycan Kubokunda 2023/24-cü illər mövsümünün I təsnifat mərhələsinə start verilib.
"Operativ Media" xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
İkinci Liqa təmsilçilərindən “Füzuli” “Lerik”lə, “Qusar” “Şahdağ Qusar”la, “Göygöl” isə “Dinamo” ilə qarşılaşıb.
Azərbaycan kuboku
I təsnifat mərhələsi
18 noyabr
“Füzuli” – “Lerik” 0:1
Qol: Rəvan Quluzadə, 58
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Zöhrab Abbasov, Şamil İmanzadə
“ASK Arena”, 13:00
“Qusar” – “Şahdağ Qusar” 0:0 (əsas vaxt)
Qollar: 4:5 (pen)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Əkbər Əhmədov
“Kapital Bank Arena” (ehtiyat meydança), 13:00
“Göygöl” – “Dinamo” 2:1
Qollar: Ziyabil Məmmədov, 75, Vüqar Əşrəfli - Valeh Seyidov, 90+1
Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Teymur Teymurov, Elvin Bayramov
Göygöl OİK stadionu, 14:30