De Byazi: "Bu dəqiqə məni o maraqlandırmır"
Əziz Əzizli
1 dəq oxu
AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sabah millimiz Belçikanın qonağı olacaq.
"Operativ Media" xəbər verir ki, matçdan öncə millimizin baş məşqçisi Canni De Byazi jurnalistlərin suallarını cavablandırıb:
– Yaxşı bir mərhələ keçirmişik. Komanda bütün gücünü qoyub. Sabahkı oyunda da bunu təkrar etməyə çalışacağıq. Düzdü, güclü komandaya qarşı oynayacağıq.
– Azərbaycanda ümumi fikir belədir ki, taleyiniz sabahkı oyundan asılıdı. Siz necə düşünürsüz?
Bu dəqiqə məni o maraqlandırmır. Ona görə də buna cavab verməyəcəm.
– Bakıdakı oyunda Belçikanı çətin duruma salmışdız. Sabahkı oyunda onlara nə plan hazırlamısız?
– Fikirləşirəm.ki, sabah da intensivlik göstərməliyik. Öz imkanlarımızdan yararlanmalıyıq. İlk oyunda rəqibdən çəkinmədik
Sorğu