Menyu

De Byazi azərbaycanlı jurnalistləri təhqir etdi

Əziz Əzizli
De Byazi azərbaycanlı jurnalistləri təhqir etdi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Avro-2024-ün seçmə mərhələsində Belçikaya məğlubiyyətdən (0:5) sonra mətbuat konfransında azərbaycanlı jurnalistləri təhqir edib.

"Operativ Media" "nieuwsblad.be" saytına istinadən xəbər verir ki, mütəxəssis media nümayəndələrinin suallarına qəzəblənib və jurnalistin "Azərbaycandan getdikdən sonra jurnalistlər üçün darıxacaqsızmı" sualına belə cavab verib:

"Əlbəttə, yox. Mən belə axmaq jurnalistlərə rast gəlməmişəm. Ancaq axmaq suallar verirlər və axmaqdırlar. Bizim Bakıda Avstriya, İsveç və Belçika ilə oyunumuzu unudurlar. Onlar FIAT 500 ilə Ferrariyə qalib gələ bilməyəcəyimizi görməyə qadir deyillər".

De Byazi bu fikirləri səsləndirdikdən sonra tərcüməçisindən xahiş edib ki, fikirlərini tərcümə etsin və belçikalı jurnalistlər də başa düşsünlər. İtaliyalı daha sonra mətbuat konfransını tərk edib

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər