http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb

20 Noyabr 2023 , 11:34
Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb.

"Operativ Media" xəbər verir ki, buna I təsnifat mərhələsində “Kürmük Qax” üzərində 6:0 hesablı qələbə qazanan “Baku Sportinq” nail olub.

Elman Sultanovun baş məşqçisi olduğu II Liqa təmsilçisi kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası ünvanına yiyələnib.

Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/2013 mövsümünün 1/16 finalında təsadüf olunub. “Baku Sportinq”dən 4042 gün əvvəl – 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) qarşılaşan “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.

Qeyd edək ki, Azərbaycan Kuboku tarixində 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar

OXŞAR XƏBƏRLƏR
Azərbaycan yığması liderliyi təmin etdi

Azərbaycan yığması liderliyi təmin etdi

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

Azərbaycanın daha iki güləşçisi Bakıdakı DÇ-də medal qazandı

"Qalatasaray"ın futbolçusunu qolu ÇL-də həftənin qolu seçildi - VİDEO

"Qalatasaray"ın futbolçusunu qolu ÇL-də həftənin qolu seçildi - VİDEO

XƏBƏR LENTİ
  • 09:12

    Goranboyda qadın yanıq xəsarətləri alıb
  • 09:03

    Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimələnib
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
  • Dünən
    22:27

    Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
Menyu