http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"De Byazi bu dəfə təpiyi onun bu vəzifədə qalmasına əl qaldırmış insanlara vurdu"

20 Noyabr 2023 , 13:39
"De Byazi bu dəfə təpiyi onun bu vəzifədə qalmasına əl qaldırmış insanlara vurdu"

"Bu dəfə də təpiyi onun bu vəzifədə qalmasına əl qaldırmış insanlara vurdu".

Bunu "Operativ Media"ya Azərbaycan milli komandası və De Byazi haqqında danışan futbol mütəxəssisi Rəsul Allahverdiyev deyib. O, De Byazinin jurnalistləri təhqir etməsini tərbiyəsizlik adlandırıb.

"De Byazinin bu açıqlamasını jurnalistlər öz üzərinə götürməməlidir. Çünki bu, səviyyəsizlikdir, bu, tərbiyəsizlikdir. Bu, İsveçlə oyundan sonra "təpikatma" seriyasının davamıdır. Bu dəfə də təpiyi Vaqif Sadıqova, Kazbek Tuayevə, İsgəndər Cavadova vurdu. Onun bu vəzifədə qalmasına əl qaldırmış, rəy vermiş insanlara vurdu. Baş katib Sərxan Hacıyevin bu məsələyə münasibəti tam yerində idi. Bu da bir tərəfdən sevindirici haldır ki, artıq milli kadrlar Azərbaycan furbol idarə korpusuna rəhbərlik edir. De Byazi özü də başa düşür ki, onun Azərbaycanda karyerasının sonudur. Onun bundan əvvəlki yeganə tutunduğu uğur Albaniya yığmasını Avropa Çempionatına aparmağı idi. İndi isə Albaniya yığması braziliyalı məşqçi ilə eyni nəticəni təkrarladı. Bu da onu göstərir ki, Albaniya yığmasının özünün kökü və strukturu var. De Byazinin həvəskarlığı onunla bağlıdır ki, dünən açıqlamasında Azərbaycan yığmasını qəbul etdiyi zaman oyunları "wyscout"dan izləyib qərar verdiyini bildirib. Bu da onun nə qədər "peşəkar araşdırma" sahibi olduğunu göstərir. Berti Foqts dönəmindəki təzyiqlər De Byaziyə heç vaxt olunmayıb. Buna baxmayaraq vaxtilə alman mütəxəssis bu təzyiqlərin qarşısında çox peşəkar formada durdu. Bəli, təzyiqlər var idi, amma heç kimə, heç bir qrupa qarşı belə böyük tərbiyəsizliyə yol verməmişdi. Bu, De Byazinin səviyyəsini göstərir. Bu, həm də onu bura dəvət edən, onun bu postda davamlılığını təmin edən insanların futbol peşəkarlığını, futbola yanaşma səviyyəsini, milli komandanın baş məşqçisi kimi önəmli posta verdikləri qiyməti göstərir. Bu, təkcə De Byazinin verdiyi qiymət deyil. Mənə elə gəlir bu artıq dərs olacaqdır. Bundan sonra Azərbaycan milli komandasının baş məşqçi postu ciddi bir post olaraq qorunmalıdır, bir dəyərə mindirilməlidir. Bunu da bacarmaq üçün birinci novbədə özü milli olan, cidd, uzun müddət işləyəcək yerli baş məşqçi təyin etmək lazımdır. Federasiyanın özündə də müsbətyönlü dəyişikliklər var. Milli kadrlar daha çoxdur, amma bizə hələ də icraiyyə komitəsinin reformu lazımdır. Daxildəki qeyri-milli şəxsləri istirahətə göndərməlidirlər. Federasiyanın De Byazinin tərbiyəsizliyindən sonra üzrxahlıq etməsi təqdirəlayiqdir".

OXŞAR XƏBƏRLƏR
"Nant" baş məşqçisini qovdu

"Nant" baş məşqçisini qovdu

Daha 7 güləşçimiz mübarizəyə başlayır

Daha 7 güləşçimiz mübarizəyə başlayır

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşdi

XƏBƏR LENTİ
  • 12:14

    "Nant" baş məşqçisini qovdu
  • 12:06

     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
     “Xəzinə” hazırlıq kurslarının vəzifəli şəxsi barəsində cinayət işi başlanıb
  • 12:04

    İqtisadi Şura və AİH Müşahidə Şurasının birgə iclası keçirilib
  • 11:35

    Vüsal Ağayev: "Sənayə və Dağ mədən nəzarəti sahəsində kadr məsələsi çox çətin məsələdir"
  • 11:28

    Gəncədə keçmiş arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır
  • 11:26

    Mirzoyan və Borrel Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
  • 11:26

    DİN kibertalamaya və kiberdələduzluğa qarşı maarifləndirici sosial videoçarx hazırlayıb
  • 11:06

    Bakıda “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçirilir
Menyu